BAKI SU İDMAN SARAYINDA BİABIRÇILIQ – TANINMIŞ JURNALİST YAZDIbackend

BAKI SU İDMAN SARAYINDA BİABIRÇILIQ – TANINMIŞ JURNALİST YAZDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən nəvəmə söz verdim ki, sabah səni aparacam hovuza, üzərsən, günəş filan, belə də etdim.
Səhər götürdüm onu evindən və getdik dövlətin hesabına tikilən Su idman sarayına. Maşını saxladıq, daxil olduq əraziyə və yaxınlaşdıq hovuzun girişinə ki, ödənişi edib keçək içəri.
Lakin orada işləyən xanım dedi ki, burada ödəniş etmək olmaz, gərək gedəsiniz əsas korpusa, orada ödəniş edib qayıdasınız bura.
Əvvəl elə bildim xanım zarafat edir, sonra təqvimə baxıb gördüm ki, aprelin 1-i deyil, xanım tam ciddidir.
Məlumat üçün deyim ki, açıq hovuzla əsas binanı 500 metr çıvarında məsafə ayırır, kölgə də yox, qızmar günəş altında getməlisən”. TİA.Az xəbər verir ki, bunun tanınmış telejurnalist Qərib Azər yazıb.


O, xahiş edib ki, məni rəhbərlikdən kimləsə birləşdirsinlər, narazılığımı bildirim, adını çəkmək istəmədiyim bir xanım dəstəyi götürüb “padumaiş, böyük məsafə deyil ki, gəlib ödənişi edin” məzmununda cavab verdi və “biz 6 ildi belə işləyirik” dedi.
“Kondisionerın altında sərin otağda əyləşən xanımın cavabı. Əvvəla, yalan deyirsiniz, xanım, cəmisi bir ay bundan öncə ödəniş hovuzun yanında edilirdi və məhz buna görə mən arxayınlıqla buraya yaxınlaşdım.
Xülasə, dəstəyi yerə atdım və getdim əsas binaya. Orada nömrə götürdüm 102, məndən əvvəlki 87 idi.
Niyə? Çünki həmin növbədə bağlı hovuza gedənlər, müxtəlif seksiyalara yazılanlar, aylıq-illik abonement alanlar, digər məsələlərə görə də duranlar var idi.
Yəni bir saat açıq hovuzda üzmək üçün ödəniş məndə bir o qədər də vaxt aparacağdı. Nəticədə nə? Suyumuz süzülə-süzülə qayıtdıq evə, nəvəm pərt, mən dilxor.
Müştəri məmlunluğu istənilən biznesdə çox önəmlidir, bunu anlamayan həmin biznesdə çalışmalı deyil.
Müştəri narazı da ola bilər, əsəbi də ola bilər, etirazını da bildirə bilər, amma müştəri ilə işləyən personalın buna ixtiyarı yoxdur.
Biri həmin o rəhbər xanıma anlatsın ki, onun maaşı biz müştərilərin pulundan formalaşır.
Konflikt situasiyalarda vəziyəti düzəltmək lazımdır, müştəri ilə mübahisə etmək, onunla “sam durak” yanaşması ilə davranmaq olmaz və özünə hörmət edən obyektdə belə hallar olmamalıdır.
21 əsr, İlon Mask kosmosla məzələnir, biz öz pulumuza adi bir xidməti əldə etmək üçün minnət götürə-götürə baş bükməliyik.
Bu nə yanaşmadır? Dünya on-line xidmətlərə keçir, biz hələ də qəbz gəzdiririk cibimizdə.
Pulu alırlar, amma müştərinin həyatını yüngüləşdirmək əvəzinə ona yeni-yeni əziyətlər verməyə çalışırlar.
Həqiqətən də çoxdandır belə əsəbləşməmişdim. Nəvəmin yanında yalançı çıxdım…”

TİA.Az