“Bakı Sığorta”nın ötən ili uğurlu olmayıb – ŞİRKƏT 1,7 MLN. AZN ZƏRƏR EDİBbackend

“Bakı Sığorta”nın ötən ili uğurlu olmayıb – ŞİRKƏT 1,7 MLN. AZN ZƏRƏR EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Sığorta” şirkətinin 2021-ci il üzrə fəaliyyəti ürək açan olmayıb, şirkət 2021-ci ili zərərlə başa vurub. Ötən ilin yekunları üzrə “Bakı Sığorta” şirkətinin zərəri 1 milyon 711 min 560,43 manat təşkil edib. Halbuki, 2020-ci ilin yekunları üzrə şirkətin xalis mənfəəti 155 min 210,92 manat idi.

TİA.AZ FED.az-a istinadən xəbər verir ki, “Bakı Sığorta”nın auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən, 2021-ci il ərzində şirkətin gəlirləri 3 milyon 889 min 809,53 manat olub. Bunun 4 milyon 741 min 64,6 manatı sığorta haqları, 734,854 min manatı investisiya gəlirləridir. Sığorta haqları 2,3 dəfə artıb.
Hesabat ili ərzində qalan gəlirlər digər maddələr üzrə əldə edilib. Şirkətin xalis sığorta ehtiyatlarının mənfi göstəricisi 1 milyon 980,7 min manat təşkil edib ki, bu da xərclərin azalmasına səbəb olub. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.

Ötən il ərzində şirkətin xərcləri 5 milyon 601,37 min manat təşkil edib. Bunun 1 milyon 293,357 min manatı sığorta ödənişləri (artım 3,5 dəfə), təkrar sığortaya verilən risklər 265,796 min manat, sığorta işinin aparılması xərcləri 3 milyon 555,664 min manat təşkil edib, qalan xərclər digər maddələrin payına düşüb.

2021-ci ildə şirkətin aktivləri 2,3% artaraq 12 milyon 51 min 26,13 manat, öhdəlikləri 1,9 dəfə artaraq 4 milyon 197 min 286,73 manat olub. Şirkətin kapitalı 18,3% azalaraq 7 milyon 853 min 739,4 manata düşüb.

Hesabat ilində şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 35,9% artaraq 6 milyon 735 min manata çatıb.

Xatırladaq ki, “Bakı Sığorta” şirkəti 2007-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb. Şirkətin səhmdarları 6 hüquqi və 2 fiziki şəxsdir. Nizamnamə kapitalı 8 milyon 925 min 439,65 manata bərabərdir.