BAKI SEÇİM QARŞISINDA: PUTİNİN İLHAQINI TANIYACAQMI?backend

BAKI SEÇİM QARŞISINDA: PUTİNİN İLHAQINI TANIYACAQMI?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml Sarayının Georgiyevski zalında Ukraynanın 4 vilayətinin Rusiyaya ilhaqı ilə bağlı sazişlərin imzalanması mərasimi oldu. Bununla da rəsmi Moskva faktiki olaraq Ukraynanın vilayətlərini – Donetsk, Luqansk, Zaporojye və Xersonu qanunsuz ilhaq etdi. Siyasi şərhçi Turan Rzayev TİA.Az-a deyib ki, Rusiyanın Ukraynanın 4 vilayətinin ilhaq etməsi bir sualı aktuallaşdırır: Azərbaycan bu qərarı tanıyacaqmı?

“Bir mənalı surətdə demək olar ki, rəsmi Bakı belə bir qərarı heç bir halda tanımayacaq. Birincisi, bu beynəlxalq hüququn, eləcə də Ukraynanın suverenliyinin ciddi şəkildə pozulmasıdır. Azərbaycan isə həm beynəlxalq hüquqa riayət edilməsinin, həm də ölkələrin suverenliyinin pozulmamamasının tərəfdarıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan torpaqları da bu gün Ukraynada olduğu kimi, işğala məruz qalıb. Düzdür, Ermənistan tərəfi heç vaxt işğal etdiyi torpaqları ilhaq etmək cəsarətini göstərməsə də Rusiya kimi kvazi dövlət yaradaraq gələcəkdə bunu reallaşdırmaq istəyib.

İkincisi, rəsmi Bakının həm Rusiya, həm də Ukrayna ilə münasibətləri yaxşıdır. Hətta bir neçə dəfə tərəflərin uzlaşması üçün vasitəçiliyini də təklif edib. Azərbaycan Rusiyaya qarşı Qərb ölkələrinin başlatdığı sanksiyalara qoşulmadığı kimi Ukrayna ərazilərinin işğalını da tanımır.

Bakı necə ki, 2014-ci ildə Krım Rusiyaya bənzər şəkildə qanunsuz ilhaqını tanımamışdı, bu gün də Donetsk, Luqansk, Zaporojye və Xersonun qanunsuz ilhaqını tanımayacaq”.

TİA.Az