Tribuna İnformasiya Agentliyi

Bakı-Şamaxı-Yevlax magistralı çökdü – VİDEO

14 Mart

Bakı-Şamaxı-Yevlax magistralında çökmə meydana gəlib.

ARB TV xəbər verir ki, bir neçə gündür yağıntılı hava şəraitinin davam etməsi nəticəsində Bakı-Şamaxı-Yevlax magistralının 106-cı kilometrliyində çökmə meydana gəlib.

Yolun Şamaxı ərazisində asvalt örtüyündə iri çatlar yaranıb. Avtomobillərin intensiv hərəkət etdiyi yolun bir hissəsi çökmə nəticəsində bağlanıb. 8 saylı yol istismar idarəsinin əməkdaşları əraziyə cəlb olunub.

Firidun Məmmədov – Sürücü: “Düzəldirlər də xeyri yoxdur. Yaxşı olardı ki, bu yolun istiqamətini dəyişərdilər”.

Rahil Bədəlov – Sürücü: “Çətinlik var. Yol sürüşməsidir. Çoxdandır çökür bura. İndi düzəldirlər”.

İdarədən həmçinin bildirildi ki, sürüşmə baş verən yola alternativ olaraq yeni yol çəkilir.