Bakı sakinlərinə xəbərdarlıq: sabah küçəyə çıxmayın!backend

Bakı sakinlərinə xəbərdarlıq: sabah küçəyə çıxmayın!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 18-də paytaxtın 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə  paytaxtın kommunal strukturlarından məlumat veriblər.

“Aprelin 18-də hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”- deyə, məlumatda qeyd olunub.