Bakı Sağlamlıq Mərkəzi ziyanla işləyir? – Gəlir uçotdan yayındırılırmış…backend

Bakı Sağlamlıq Mərkəzi ziyanla işləyir? – Gəlir uçotdan yayındırılırmış…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin 7 yanvar 2014-cü ildə açılışını etdiyi Bakı Sağlamlıq Mərkəzi ziyanla işləyir. TİA.Az-ın xəbərinə görə, bu barədə iqtisadçı Natiq Cəfərli yazıb.
Onun sözlərinə görə, büdcədən ayrılan vəsait hesabına Mərkəzin inşasına 2010-ci ildə başlanmışdı.
İşlər yarımçıq qalmasın deyə, 9 iyul 2011-ci ildə Prezidentin ehtiyat Fondundan əlavə (bir daha, əlavə) olaraq 5 mln. manat ayrılmışdı.
Prezident sonra 18 oktyabr 2017-ci ildə növbəti fərmanla Bakı Sağlamlıq Mərkəzinin nəznində Publik Hüquqi Şəxs yaradı ki, öz xərcini ödəyə bilsin, qazancla çalışmağa başlasın, büdcəyə yük olmaqdan qurtulsun.
Dörd il keçdi, gəlin indi nəticələrə baxaq: Bakı Sağlamlıq Mərkəzi 2020-ci ili 6 milyon 724 min manat xalis zərər ilə başa vurub.
Mərkəz 2019-cu ili 6 milyon 381 min manat, 2018-ci ili 6 milyon 578 min manat, 2017-ci ili 4 milyon 834 min manat xalis zərər ilə bağlamışdı – beləliklə, ötən il Mərkəzin zərəri artıb.


Publik Şəxs etdilər ki, guya, Mərkəz gəlirlə işləsin, amma hər ili xalis zərərlə başa vurub, bu bir qırağa, 2017-ci ildə Publik Hüquqi Şəxsə çevriləndə Mərkəzin nizamnamə kapitalı 75 mln. 714 min manat idi, 2020-ci ilin sonuna isə nizamnamə kapitalı azalaraq 56 mln. 30 min manat təşkil edib, yəni, bu illər ərzində nizamnamə kapitalı 19 mln. 683 min manat “əriyib”.


İqtisadiyyat yazarı Dünya Sakit isə  TİA.AZ-a bildirib ki, reallıqda isə Mərkəz zərərlə deyil, çox böyük gəlirlə işləyir. Sadəcə, dövlət əmlakına olan “sevgi” üzündən gəlirin böyük hissəsi uçotdan yayındırılır: “Bir beyin əməliyyatına 11 min manat alırlar ey orada, hansı zərərdən gedir söhbət? Keçən il bir tanış orada beyin əməliyyatı oldu – qaçqın olduğunu nəzərə alıb, 11 min manat aldılar. Onunla eyni vaxtda beyin əməliyyatı olanların ən az xərci çıxan elə oydu: 16 min, 21 min verənlər vardı. Bu qədər pulun qabağında mərkəz zərərlə işləyib?”
Əgər dövlətin rezervləri hesabına bu sağlamlıq mərkəzi fəaliyyətə başlayıbsa, o zaman gəlirlərini gizlətməsi, vergidən yayınması təftiş olunmalıdır.
Bu zaman “Yeni Klinika”nın həbs edilən baş direktoru Pərviz Abbasovun, Zığdakı modul tipli xəstəxanın qandallanan baş həkimi İmran Ağayevin əməllərinin bir başqa formalarını bu tibb mərkəzində aşkarlamaq olar.
Qeyd edək ki, bu tibb mərkəzi Bakıda ən bahalı müəssisələrdən sayılır. Dəfələrlə klinikanın adı həkim səhlənkarlığı və digər neqativ məsələlərdə hallanıb.

TİA.AZ