Tribuna İnformasiya Agentliyi

Baki şəhər təhsil idarəsinə rəhbər təyin edildi-ÖZƏL

28 Dekabr

Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə rəhbər təyin edilib. TİA.AZ məlumatına görə, təhsil nazirinin əmrinə əsasən, bu vəzifəyə sözügedən qurumda müavin vəzifəsində çalışmış Rəşad Ənvər oğlu Tağıyev təyinat alıb.

Qeyd edək ki,Rəşad  Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiev Milli Universitetində “Korporativ hüquq” üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.

2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 2007-2013-cü illərdə “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.

2013-2015-ci illərdə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri vəzifəsində çalışıb.

Evlidir, 2 övladı var.

TİA.AZ