Tribuna İnformasiya Agentliyi

Bakı Nəqliyyat Agentliyi İdarə Heyəti sədrinə iki müavin təyin edilib

13 İyun

Bakı Nəqliyyat Agentliyi İdarə Heyəti sədrinə müavinlər təyin edilib.

TİA.AZ-ın məlumatına görə, bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən Fərid Nuriyev və Elçin Mustafayev Bakı Nəqliyyat Agentliyi İdarə Heyəti sədrinin müavinləri təyin ediliblər.