Bakı Mühəndislik Universiteti “Qazel” alır – 27,5 minə…backend

Bakı Mühəndislik Universiteti “Qazel” alır – 27,5 minə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı Mühəndislik Universiteti (keçmiş Qafqaz Universiteti) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Azərmaş Group” MMC (VÖEN – 1404517221) olub. Müsabiqənin şərtinə görə bu şirkət Bakı Mühəndislik Universitetinə “Gaz 3302-750” markalı avtomobil satacaq və qarşılığında 27 min 500 manat alacaq.
Məlumat üçün bildirək ki, “Azərmaş Group” MMC 24.01.2019-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 milyon 10 manat olan MMC-nin qanuni təmsilçisi Adıgözəlov Rövşən Rəfail oğludur.
Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsində fəaliyyət göstərən avtomobillərin istehsalı zavodu “Azərmaş Group” MMC  ilə Rusiyanın “Qaz Qrup” şirkətinin birgə layihəsidir. Zavodda kiçik tonnajlı avtomobillərin istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 14 milyon manat təşkil edir. Zavodun illik istehsal gücü 1000 avtomobil təşkil edir. Tikinti işləri 2021-ci ildə başa çatdırılıb. Zavodda “Qazel”, “Qazel Biznes”, “Qazel Next” avtomobillərin modelləri və xüsusi təyinatlı texnika istehsal edilir.