Bakı metrosunda ölüm hadisəsi baş verdibackend

Bakı metrosunda ölüm hadisəsi baş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün səhər saatlarında metroda yaşlı sərnişin vəfat edib.
Bu barədə  Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O qeyd edib ki, bu gün səhər 08:10 radələrində yaşlı bir kişi qatarda özünü pis hiss edib:
“Həmin sərnişin “28 May” stansiyasında platformaya düşürülüb. Artıq həmin vaxt sərnişin özündə olmayıb.
Hadisə yerinə Təcili Tibbi Yardım dərhal çağırılıb və ölüm faktını təsdiq edib”.