Bakı metrosunda NASAZLIQ: Sərnişinləri qatardan düşürdülərbackend

Bakı metrosunda NASAZLIQ: Sərnişinləri qatardan düşürdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Metronun “Həzi Aslanov” – “Dərnəgül” istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb.

O bildirilib ki, metronun “28 May” stansiyasında sərnişinlər qatardan düşürülüblər:

“Xəttə köməkçi qatar verilib və təlimat tələblərinə uyğun olaraq nasaz qatardan da sərnişinlər düşürülüblər. Nasaz qatar xətdən çıxarılıb.

Nəticədə bu səbəbdən xətdə 12 dəqiqəyə yaxın yubanma yaranıb. Hazırda qatarlar arası interval qorunub saxlanır”.