Bakı metrosunda bomba iddiası ilə bağlı – Açıqlamabackend

Bakı metrosunda bomba iddiası ilə bağlı – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Metroda bomba təhlükəsi olmayıb. Bu, tamamilə yanlış informasiyadır”.
Bunu  Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, “Xətai-Cəfər Cabbarlı” mənzili istisna olmaqla, Bakı  Metropoliteninin xətlərində qatarların hərəkətinin tənzimlənməsi təmin olunur.
Qeyd edək ki, Metropoliten tərəfindən yayılan ilkin məlumatda bildirilir ki, “28 May” stansiyasının giriş sahəsində tüstülənmə ehtimalı ilə qısa müddət ərzində yüksək gərginlik çıxarılıb və bu səbəbdən “Həzi Aslanov-28 May” istiqamətində qatarların hərəkətində məhdudiyyətlər olub.