Bakı metrosu bahalı tenderə yekun vurdu: 30 vaqon üçün nə qədər vısait xərclənəcək?backend

Bakı metrosu bahalı tenderə yekun vurdu: 30 vaqon üçün nə qədər vısait xərclənəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni” QSC istismarında olan 30 vaqonun ön görünüşünün dəyişdirilməsi, tam sökülərək qumla təmizlənməsi, antipas boya ilə rənglənməsi, kuzovlarının bərpası, iki qat akril boya ilə rənglənməsi, yığılması, salon daxili işıqlanmanın tam dəyişdirilməsi və modernləşməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Valyuta.az xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid elektron portalına məlumat yayıb.

Xəbərə görə, tenderin qalibi “Bakı-Mexaniki-Təmir” ASC-dir.

Qalib şirkətə 717 min 334 manat ödəniləcək.

Qeyd edək ki, ASC 03.06.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi uçotuna alınıb və nizamnamə kapitalı 57 milyon 902.00 min manatdır.

Qurumun İdarə Heyətinin sədri Nəsibov Kəmaləddin İslam oğludur. Bildirək ki, onun haqqında internet resurslarında heç bir məlumat yoxdur.