Tribuna İnformasiya Agentliyi

“Bakı Metropoliteni”ndən sərnişinlərə xəbərdarlıq

06 Dekabr

“Bakı Metropoliteni” sərnişinlərə xəbərdarlıq edib. 

Bakı Metropoliteni” sərnişinlərə xəbərdarlıq edib.

TİA.AZ xəbər verir ki, sabahdan etibarən “Cəfər Cabbarlı” stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüdətli bağlanacaq. Təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır.

Xətai” stansiyasına gedəcək sərnişinlər “Cəfər Cabbarlı” stansiyasının ikinci yolundan istifadə edə bilərlər.

Qeyd edək ki, 2-ci yol “28 May” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına keçərkən soldakı yoldur. Həmçinin “Cəfər Cabbarlı” stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır.