“Bakı Metropoliteni”nin Müşahidə Şurasının tərkibi təsdiqləndibackend

“Bakı Metropoliteni”nin Müşahidə Şurasının tərkibi təsdiqləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

TİA.AZ xəbər verir ki, sənədlə Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Müşahidə Şurasının üzvləri

Məmməd Abbasbəyli – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini

Samir Məmmədov – Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri

Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.