Bakı kəndlərində kirayə evlərin qiymətləri uçur – 4000 manatbackend

Bakı kəndlərində kirayə evlərin qiymətləri uçur – 4000 manat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı kəndlərində kirayə evlərin qiymətində kəskin artım müşahidə olunub.

Bunu Qaynarinfo-ya açıqlamasında əməlak üzrə ekspert Nüsrət İbrahimov deyib. Ekspert bunun səbəbini koronavirusla əlaqələndirib:

“Kirayə evlərin qiymətinin artması bir başa pandemiya ilə əlaqədardır. İkinci bir yandan isə mövsüm də təsiredici faktorlardan biridir. Pandemiya ilə bağlı həftəsonu evdə qalmaq siyasəti aparılır. İmkanı olanlar şəhərdən kənara çıxmağa üstünlük verirlər. Məqsəd yayın istisində 4 divar arasında qalmamaqdır. Həyət evləri rahatlıqdır, rahat nəfəs almaq olur. Əvvəllər imkanlı şəxslər şəhərdən kənara çıxmağa üstünlük verirdilərsə, indi buna məhdudiyyətlər var. Odur ki, həmin şəxslər bağ evlərinə üstünlük verirlər. Bağı olmayanlar isə məcbur qalıb kirayə tutub. Bu da müəyyən bir qiymət artımına səbəb olub”.

Nüsrət İbrahimov qeyd edib ki, hazırda Bakı kəndlərində kirayə evlərin qiyməti 250 manat – 4 min manat arasındadır”.