Tribuna İnformasiya Agentliyi

“Bakı kart”ın rəhbəri işdən çıxarıldı – Yeni təyinat

05 Noyabr

Bakının nəqliyyat sisteminin ən mühüm müəsisələrindən biri olan “Bakı kart”ın rəhbərliyi dəyişib.

TİA.AZ Fed.az-a istinadən bildirir ki, indiyədək layihənin rəhbəri olan Ceyhun Əliyev işdən azad edilib. Onun yerinə Orxan Bayramov təyin edilib.

Qeyd edək ki, “Bakı Kart” layihəsi Bakı şəhərinin ictimai nəqliyyatında vahid kart (“BakıKART”) sisteminin tətbiq edilməsi üçün yaradılıb.