BAKI HƏBSXANASINDA QANLI İNSİDENT: DEPUTATIN QOHUMU YARALANDI – AÇIQLAMAbackend

BAKI HƏBSXANASINDA QANLI İNSİDENT: DEPUTATIN QOHUMU YARALANDI – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Penitensiar Xidmətin Bakı şəhərində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində qanlı insident zamanı xəsarət alan müəssisə əməkdaşlarından biri deputat Aqil Abbasın qohumudur.
TİA.Az bildirir ki, bunu jurnalist Anar Məmmədov yazıb. Onun sözlərinə görə, həmin şəxs ədliyyə mayoru Sunay Məmmədovdur. O, Aqil Abbasın bacısı oğludur.
Xatırladaq ki, insident müəssisənin işçiləri ilə məhkumlar arasında yaşanıb. Nəticədə bir neçə nəfər ağır xəsarət alıb. Xəsarət alanlardan bəziləri müəssisənin əməkdaşlarıdır. Onların arasında Sərxan adlı mayorun, Sunay adlı mayorun, onun regional idarənin rəisinin köməkçi olduğu deyilir.

Bundan savayı Taleh adlı məmurun, kalon rəisinin növbə hissə köməkçisinin, müəssisə rəisinin köməkçisinin (adlarını öyrənməyə çalışırıq) qanlı insidentdə yaralandıqları iddia edilir.
Qarşıdurma nəticəsində 5 nəfər məhkumun xəsarət aldığı da deyilir. Vurğulanır ki, Altay adlı məhkum özünə qəsd edərək boğazını kəsib və hazırda Pentensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Məhkumlardan bir neçəsinin də özünə xəsarət yetirdikləri bildirilir.

İnsidentə səbəb kimi müəsissə rəhbərliyinin məhkumlarla kobud davranışı, onlara mənəvi və psixoloji təzyiqlərin edilməsi göstərilir.
Bu barədə Criminal.az-a məhkumlar məlumat veriblər. İddia edirlər ki, bu günlərdə məhkumları cəzalandırmaq üçün müəssisəyə Ədliyyə Nazirliyinin əməliyyat qrupu göndəriləcək.
Penitensiar Xidmətin rəsmisi Mehman Sadıqov isə məlumatı təkzib edir. Bildirir ki, sözügedən cəzaçəkmə müəsisəsində heç bir insident olmayıb.


Ədliyyə Nazirliyi Yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev də “AzPolitika.info”ya açıqlamasında deyib ki, 11 saylı Cəzaçəkmə Müəssisəsində belə bir hadisə baş verməyib “Mən rəsmi və qeyri-rəsmi kanallarla belə bir insidentin baş verib-vermədiyi barədə araşdırma apardım. Əldə etdiyim informasiyaya görə cəzaçəkmə müəssisəsində kütləvi itaətsizlik, dava-dalaş baş verməyib. Habelə məmurlarla məhkumlar arasında da bu cür hallar olmayıb. Müəssisədə həyat adi qaydada davam edir, yayılan informasiya həqiqəti əks etdirmir”.
Ə.Nuriyev vurğulayıb ki, istənilən cəzaçəkmə müəssisəsində məhkumlar tərəfindən rejim qaydalarının pozulması halları ola bilər və bu normaldır: “Gün ərzində kiçik pozuntular baş verir və qaydalar çərçivəsində tədbirlər görülür. Amma kütləvi dava, itaətsizlik və s. baş vermir”.

TİA.Az