Tribuna İnformasiya Agentliyi

Bakı funikulyoru sabahdan fəaliyyətə başlayacaq

31 Oktyabr

Bakı funikulyorunda aparılan təmir işləri başa çatıb. Tia.az “Report”a istinadən xəbər verir ki,  funikulyor uzun müddətli təmirdən sonra sabah – noyabrın 1-də istifadəyə veriləcək.

Qeyd edək ki, Bakı funikulyoru SSRİ dövlət mükafatı laureatı, əməkdar mühəndis Əliş Ləmbəranskinin (1914-1999) təşəbbüsü ilə tikilərək 1960-cı il mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı funikulyorunun vaqonları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxta gətirilib. Bakı funikulyoru indiyədək iki dəfə – 2001-ci və 2007-ci illərdə əsaslı təmir edilib.