Tribuna İnformasiya Agentliyi

Bakı bazarında müştərini belə aldadırlar: “Çəkini biz dəyişmirik, külək edir” (VİDEO)

15 Fevral

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişində maraqlı anlar davam edir.

Ötən gün alverçilərin aldanılmasından danışan aparıcı bu dəfə alıcıların aldanılmasından danışıb. Belə ki, qəfl bazara yaxınlaşan aparıcı tərəzilərə edilən bəzi fırıldaqların üstünü aça bilib.

Qeyd edək ki, “satıcıların aldanılması!” başlıqlı veriliş sosial şəbəkələrdə yanlış anlaşılıb. Kimisi aparıcının söylədiklərini anlamamışdı, kimisi də ekranda yazılan yazıları oxumamışdı. Verilişin ardı yayımlanandan sonra bütün məsələlərə aydınlıq gətirilib. Həmin verilişi sizə təqdim edirik.

Qeyd edək ki, bu axşam siqaret çəkən məktəblilər və uşaqlara satılan siqaretlərdən görüntülər sizə təqdim ediləcək. Axşam saat 19:55 də Space Tv-də yayımlanacaq.

Diqqət: Sizə maraqlı gələn, araşdırlmasını istədiyiniz mövzuları Amil Xəlilin şəxsi instagram səhifəsinə yaza bilərsiniz. (instagram: amilxelil )