BAKI BAŞ GÖMRÜK İDARƏSİNİN TELEFONU BORCDAN BAĞLANIB-FAKTbackend

BAKI BAŞ GÖMRÜK İDARƏSİNİN TELEFONU BORCDAN BAĞLANIB-FAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Baş Gömrük İdarəsinin telefonu borca görə bağlanıb. TİA.Az xəbər verir ki, bu barədə Elçin Zeynalov adlı şəxs paylaşım edib. Gömrük İdarəsinə zəng edənlər nömrənin borcdan bağlandığı cavabını alırlar.
Bu da Azərbaycanda XXI əsrdə, 2021-ci ilin ən yaddaqalan hadisəsi kimi tarixə düşə bilər. Əgər Gömrük İdarəsinin telefonu da borcdan bağlanıbsa, onda vəziyyəti təsəvvür etməmək olmur.
Görünür, sahibkarlar ianə toplayıb gömrüyə dəstək olmalıdırlar ki, telefon xəttini açdırsınlar. Əks halda, bu cür davam edəcək. Sadəcə, ölkənin ikinci büdcəsi adlandırılan gömrükdə telefon borcdan bağlanıbsa, deməyə söz tapmaq olmur.

TİA.Az