Bakı Baş Gömrük İdarəsi ona həvalə edildibackend

Bakı Baş Gömrük İdarəsi ona həvalə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov yeni əmr imzalayıb. 

TİA.AZ “Unikal”a istinadən xəbər verir ki, əmrə əsasən Komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli işdən çıxarılıb.