Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxdubackend

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxub.Hakim İradə Həsənzadənin koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Bununla bağlı onun icraatında olan cinayət işləri təxirə salınıb. Bundan başqa, İ.Həsənzadə ilə eyni kollegiyada olan hakim Azər Paşayev və Əhməd Quliyevin də icraatında olan cinayət işləri təxirə salınıb.

Qeyd edək ki, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin və ləğv olunmuş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işləri hakim Azər Paşayevin icraatındadır. Bu səbəbdən onların sentyabrın 3-də keçirilməli olan məhkəmə prosesləri təxirə salınıb.