Bakı aeroportunda sistemdə problem yarandı – Videobackend

Bakı aeroportunda sistemdə problem yarandı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyev Beynəlxalq Aeroportu​na eniş edən sərnişinlər sıxlıqla üzləşib.“Qafqazinfo”ya daxil olan məlumata görə, buna səbəb Dövlət Sərhəd Xidmətinin sistemində yaranan problem olub. Belə ki, DSX-nin yoxlama məntəqələri gələn şəxslərlə bağlı məlumatları elektron sistemə daxil edə bilmədiyindən insanlar gözləməyə məcbur olub.

Bu da pasport yoxlama məntəqəsinin önündə uzun növbə yaradıb.

Yenicə əldə etdiyimiz məlumata görə isə problem aradan qaldırılıb. Hazırda sərnişinlərin növbəli şəkildə yoxlanış məntəqəsindən buraxılmasına başlanılıb.