Bakı aeroportunda çətin anlar: minlərlə sərnişin növbədə qaldı – VİDEObackend

Bakı aeroportunda çətin anlar: minlərlə sərnişin növbədə qaldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyev Beynəlxalq Aeroportunda minlərlə insan çətin anlar yaşayıb.

TİA.AZ  xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşımlar edilib.
Bildirilib ki, hava limanında baqaj verən qurğu işləməyib. 4 reysin sərnişinləri saatlarla sıxlıqda qalıb.

Məsələ ilə bağlı hava limanından qeyd edilib ki, hazırda elektrik təchizatı tam bərpa edilib.
Məlumata görə, hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir. Elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.
Enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.