Bakcell şirkəti “Qarabağ Dirçəliş Fondu”na 1.4 milyon manat məbləğində vəsait köçürüb.
TİA.AZ xəbər verir ki, Bakcell şirkətinin daxil olduğu “NEQSOL Holding”in tərkibində olan şirkətlər tərəfindən bu fonda ümumilikdə ianə edilmiş məbləğ 2 milyon AZN təşkil edib.
Xatırladaq ki, Bakcell şirkəti Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fonduna, Silahlı Qüvvələrə Yardım Fonduna, daha əvvəl isə “COVİD-19” ilə mübarizə çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edib.
Bakcell özünün Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində müxtəlif sosial və digər təşəbbüslər vasitəsilə Azərbaycan vətəndaşlarına, xüsusilə də həssas əhali qruplarına dəstək göstərməyə davam edəcək.