Tribuna İnformasiya Agentliyi

Bakcell jurnalistləri mobil telekommunikasiyanın son həllər və yenilikləri ilə tanış edib

11 Oktyabr

KİV nümayəndələri üçün növbəti seminar keçirilib

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti jurnalistlər üçün növbəti dəfə iki günlük seminar keçirib.

“Mobil telekommunikasiya sənayesində son həllər və yeniliklər” mövzusunda keçirilimiş seminara ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-a yaxın jurnalist qatılıb. Ardıcıl olaraq altı ildir ki təşkil olunan ənənəvi seminarın əsas məqsədi jurnalistləri mobil telekommunikasiya sahəsinin əsasları, müasir texnologiyalar, innovasiyalar və son tendensiyalar barədə maarifləndirməkdir. Seminar mobil telekommunikasiya üzrə məlumatlılığın və bu sahədən yazan jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edir.

Qalaaltıda keçirilən seminarda təlimçi qismində iştirak edən “Bakcell”in aparıcı ekspertləri “Mobil rabitənin əsasları”, “Telekom sahəsində “Big data”: Tətbiqlər və son tendensiyalar”, “Mobil şəbəkənin inkişafı”, “Tədbirlər və şəbəkənin hazırlığı”, “Müştəri xidmətləri texnologiyaları”, “Müştərilərlə əlaqələrin idarə edilməsi”, “Loyallıq Proqramları” və “Əşyaların İnterneti” kimi mövzuları əhatə edib KİV nümayəndələrinə müasir mobil telekommunikasiya sənayesi və Bakcell şirkətinin təqdim etdiyi texnologiya və xidmətlər barədə ətraflı məlumat veriblər.

Biri birindən maraqlı məruzələr və təqdimatlarla yadda qalmış seminar zamanı Bakcell nümayəndələri jurnalistlərin telekommunikasiya sənayesi və yeni texnologiyalara aid suallarını cavablandırıb, fikir mübadilələri və müzakirələr aparıblar.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bu gün Bakcell şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük 4G şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 91%-ni əhatə edir. 8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.