“Bakcell”dən Qarabağda yaralanmış əməkdaşı ilə bağlı açıqlamabackend

“Bakcell”dən Qarabağda yaralanmış əməkdaşı ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bakcell” Qarabağda əməkdaşının yaralanması ilə bağlı dərc olunmuş xəbərlərə münasibət bildirib.
TİA.AZ-ın məlumatına görə, şirkətin açıqlamasında deyilir:
“Böyük təəssüflə bildiririk ki, Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində xidməti vəzifələrini yerinə yetirən əməkdaşlar erməni silahlıları tərəfindən atəşə tutulub. Hadisə nəticəsində yaralanan Anar Rəhimliyə hazırda tibbi xidmət göstərilir və həyatı üçün təhlükə yoxdur. Hazırda “Bakcell” şirkəti işğaldan azad olunmuş ərazilərimizdə mobil şəbəkənin qurulması istiqamətində genişmiqyaslı işlər aparır və əməkdaşlarımızın Ağdama səfərinin məqsədi də həmin ərazidə mobil şəbəkənin qurulması olub”.