“Bakcell” Azərbaycanın ən sürətli mobil şəbəkəsidirbackend

“Bakcell” Azərbaycanın ən sürətli mobil şəbəkəsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakcell” növbəti dəfə Azərbaycanın “Ən sürətli mobil şəbəkəsi”* kimi tanınıb.

Şirkətdən TİA.AZ -a verilən məlumata görə, bu mükafat mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideri olan Ookla® şirkətinin müstəqil təhlili nəticəsində verilib.
Mükafat dövründə Ookla® Azərbaycanda ən sürətli mobil şəbəkəni müəyyən etmək üçün 2022-ci ilin I və II rübü ərzində ölkənin mobil rabitə istifaçiləri tərəfindən Speedtest® iOS və Android mobil tətbiqetmələri vasitəsilə keçirilmiş 71 mindən çox testi müqayisə edib. Nəticədə “Bakcell”in mobil şəbəkəsi bu ilin I və II rübü üzrə ən yüksək yükləmə (download) və ötürmə (upload) sürəti nümayiş etdirib.“Ookla tərəfindən təqdim edilən “Speedtest mükafatı” müstəsna internet sürəti və əhatə dairəsini təmin edən seçilmiş şəbəkə operatorları üçün nəzərdə tutulub. “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” mükafatını “Bakcell” şirkətinə böyük məmnuniyyətlə təqdim edirik. Bu mükafat şirkətin 2022-ci ilin I və II rübləri ərzində göstərdiyi misilsiz nəticələrin təsdiqidir. Nəticələr abunəçilər tərəfindən “Speedtest” proqramı vasitəsilə edilən sınaqların ətraflı təhlili vasitəsilə əldə olunub”, deyə Ookla şirkətinin baş icraçı direktoru Doug Suttles bildirib.
Qeyd edək ki, Ookla şirkəti 2018, 2019-cu və 2021-ci ildə “Bakcell” şəbəkəsini Azərbaycanın “Ən sürətli mobil şəbəkəsi” adlandırıb.
“Bakcell” Azərbaycanda eSIM və VoLTE texnologiyalarını tətbiq edən ilk mobil operatordur.
*“Ookla”nın 2022-ci ilin 1-ci və 2-ci rübləri üzrə Speedtest Intelligence® məlumatlarının təhlilinə əsasən. Ookla ticarət nişanları lisenziya və müvafiq icazə əsasında istifadə olunur.