Tribuna İnformasiya Agentliyi

“Bakcell” abunəçiləri yüzlərlə “Ulduzum” tərəfdaşının eksklüziv endirim və imtiyazlarından yararlanır

03 Dekabr

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramını həyata keçirməklə öz abunəçilərini250-dən artıq yerli və beynəlxalq tərəfdaşın 400-dən artıq satış və xidmət nöqtəsində təklif olunan eksklüziv endirimlər və imtiyazlarla təmin edir.

Artıq 5 ildir ki, Azərbaycanda ən uğurlu loyallıq proqramlarındanbiri hesab olunan “Ulduzum”a3 milyona qədər Bakcell abunəçisi qoşulub. Proqramın istifadəçiləri populyar restoran və otellər, nüfuzlu geyim, parfümeriya və elektronika mağazaları ilə yanaşı, sağlamlıq, idman və əyləncə mərkəzləri, ən populyar kinoteatrlar, banklar, kitab dükanları, kabel televiziya provayderləri və digər sahələrdə fəaliyyət göstərəntərəfdaşımızıntəklif etdiyi özəl kampaniyalar və endirimlərdən yararlanmaq imkanına malikdirlər.

“Ulduzum” proqramının ən aktiv tərəfdaşları siyahısında yer alan “Hesab.az” portalı, “Park Cinema” kinoteatrlar şəbəkəsi, “166 Yük Taksisi” xidməti, “İdeal” və “PoppyGallery” mağazalar şəbəkəsi cari mövsümdə istifadəçilərin sayı üzrə ən yüksək nəticə göstərib.

Qeyd edək ki, 2018-ci ilin may ayından etibarən “Ulduzum” tərəfdaşı olan “166 Yük Taksisi” xidmətinin 12000 nəfərdən çox müştərisi bu günə kimi proqram vasitəsilə müxtəlif endirimlərdən yararlanıb. Həmin abunəçilərə heç bir əlavə şərt olmadan yük taksisi və evakuasiya xidmətlərinə 10%, təmizlik xidmətlərinə isə 15% endirim təqdim olunur.

“Ulduzum” Loyallıq Proqramı geniş partnyor şəbəkəsi ilə öz istifadəçilərinə böyük imkanlar yaradır. Proqram tərəfdaşlıq etdiyi hər bir şirkət üçün müştəri loyallığının artırılmasında mühüm rol oynayır. Müştərilərimiz endirimdən istifadə etməyə çox maraq göstərirlər. ”166 Yük Taksisi” olaraq Bakcell şirkətinin “Ulduzum” proqramı ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk”, deyə “166 Yük Taksisi” şirkətinin Marketinq meneceri Rüfət Əliyev bildirib.

Proqramın digər ən aktiv partnyorlarından olan “Park Cinema” kinoteatrlar şəbəkəsi 16000-dək “Ulduzum” istifadəçisinə 3 kinoteatrda (Park Bulvar, Metropark, ParkZağulba ticarət mərkəzlərində yerləşən kinoteatrlar) həftənin hər cümə axşamı bütün seanslara hər 2-ci bileti pulsuz əldə etmək imkanı təqdim edilib.

“Müştərilərimiz arasında bu kampaniyaya böyük maraq varvə aldığımız müştəri rəyləri arasında bu imkanın digər günlərə şamil edilməsi təklifləri də çoxdur. İstənilən şirkətin bazarda rəqabət aparmaq üçünmüştəriyönümlüolması çox vacibdir. Çünki bu, müştəriyə şirkət tərəfindən verilən dəyəringöstəricisidir. Bakcell Azərbaycanın ilk mobil operatorudur, “Park Cinema” isə 1-ci kinoteatr şəbəkəsidir. Bazarın liderləri ilə çalışmaq hər zaman yeniliklərə imza atmaq deməkdir. Biz hər zaman Ulduzum və Bakcell şirkəti ilə yeni kampaniyalar keçirməyə və bu layihəyə dəstək olmağa hazırıq”,deyə ParkCinema kinoteatrlar şəbəkəsinin Satış və Marketinq Direktoru Musa Axundov bildirib.

“Ulduzum” proqramının üstünlüklərimüştərilərə təkcə böyük endirimlər və imtiyazlar verməkdən ibarət deyil. Proqramın əsas məqsədlərindən biridə abunəçilərin gündəlik həyatına rahatlıq gətirməkdir. Proqramölkənin ilk və ən innovativ mobil operatoru ilə onun böyük və dəyərli müştəri ailəsi arasında loyallıq, etibar və şəffaflığa əsaslanan möhkəm münasibətlərin qurulmasına xidmət edir. “Ulduzum”un daha bir özəlliyi ondan ibarətdir ki, proqramdan təkcə Bakcell abunəçiləri yox, həm də endirim təqdim edən tərəfdaşlar faydalanır.

Hər bir Bakcell müştərisi “Ulduzum”a qoşula bilər. Bunun üçün heç bir abunə haqqı tələb edilmir. Loyallıq proqramında iştirak etmək üçün “1” rəqəmini 5555 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir. Ulduzum barədə daha ətraflı məlumat www.ulduzum.az səhifəsində əldə oluna bilər.

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Bestin Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89  nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.