“Bahalaşma davam etsə, maaş artımının heç bir effekti olmayacaq” – Vahid Əhmədovbackend

“Bahalaşma davam etsə, maaş artımının heç bir effekti olmayacaq” – Vahid Əhmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İlham Əliyevin göstərişinə uyğun olaraq ilk dəfə 2022-ci ildə dövlət büdcəsinin təxminən 47%-i , yəni, 13.6 milyard manat vəsait sosial müavinətlərə ayrılıb”.
 
Bunu millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, artım insanların sosial rifahına təsir edəcək:
“Biz 2022-ci ilin dövlət büdcəsini müzakirə edəndə, cənab Prezidentin və Milli Məclisin ən çox diqqət etdiyi məsələ sosial layihələr idi. 2020-2021-ci illərdə ən çox dövlət büdcəsinin 34-35%-ni sosial sahəyə ayırırdıq. Dövlət başçısının göstərişinə uyğun olaraq ilk dəfə 2022-ci ildə dövlət büdcəsinin təxminən 47%-i , yəni, 13.6 milyard manat vəsait sosial müavinətlərə ayrılıb. Cənab Prezidentin imzaladığı bu Fərmana uyğun olaraq minimum əmək haqqı 250 manatdan 300 manata qaldırılıb ki, bu bir çox insanların maaşlarına müsbət təsir edəcək. Həmçinin müəllimlər, peşə təhsili məktəblərdə olan insanların maaşlarında 20-40% arasında artım olub. Bu proses davam edir. Yeni, Fərman 1 milyona yaxın əhalini əhatə edir”.
Millət vəkili vurğulayıb ki, ərzaq qiymətlərinə nəzarət edilməsə artımların effekti o qədər də hiss olunmayacaq:
“Müavinətlər, pensiyalar, şəhid ailələri, qazilərə yardım və başqa məsələlərdə də böyük artım nəzərdə tutulub. Bu artım birinci Fərmandan sonra da davam edəcək. Həmçinin artımlar insanların həyat şəraitinə müəyyən qədər müsbət təsir edəcək. Eyni zamanda qiymət məsələni də dövlət büdcəsini müzakirə edəndə qaldırdıq. Hesab edirik ki, bazarda olan qiymətlər artımlara adekvat deyil. Amma qiymət məsələsində Baş nazir Milli Məclisdə çıxışında dedi ki, bununla bağlı müəyyən tədbirlər görüləcək. Biz nə qədər maaşı artırsaq da əgər qiymətlər sürətlə artarsa, əlbəttə, bu, çətin olacaq. Ona görə də hesab edirik ki, qiymət məsələsində müəyyən problemlər var və onları həll etməliyik. Həm inhisarçılığın, həm də subyektiv artımın qarşısını almalıyıq. Bir sözlə, qiymətlər obyektiv olmalıdır. Yoxsa qarşıdan bayram gəlir, onunla bağlı qiymət artımı qəbuledilnəzdir. Düzdür, İqtisadiyyat Nazirliyinin monitorinq qrupları bu sahədə çox ciddi iş görürlər və müəyyən qədər cərimələr də ediblər. Amma bir daha qeyd etmək istərdim ki, artımlar kifayət qədər olacaq, hələ bunu gözləyirik”.
//Bakupost.az