Tribuna İnformasiya Agentliyi

Bağdadi paytaxtını dəyişir

22 Aprel

İŞİD terror qruplaşması “paytaxt”ını Suriyanın Rakka şəhərindən ölkənin başqa bir şəhəri olan Deyr-ez-Zora köçürür. 

İŞİD terror qruplaşması “paytaxt”ını Suriyanın Rakka şəhərindən ölkənin başqa bir şəhəri olan Deyr-ez-Zora köçürür.

TİA.AZ xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən “Fox News” bildirib.

Məlumata görə, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri və Suriya ordusunun yaxınlaşan hücumu nəzərə alan İŞİD-in yüzlərlə lideri Rakkanı tərk edib. Amerika hərbçilərinin məlumatına görə, onlar İŞİD liderlərinin yerdəyişməsini pilotsuz uçuş aparatların köməyi ilə müşahidə ediblər.

Qeyd edilir ki, Rakkanın azad edilməsi üçün Qərb koalisiyası yaxın vaxtlarda genişmiqyaslı hücuma başlayacaq.

Rakka Suriyanın şimalında yerləşir. Şəhər 2014-cü ildə İŞİD tərəfindən tutulub və qruplaşmanın de-fakto paytaxtı hesab edilir. Deyr-ez-Zor isə ölkənin şimali-şərqində, Rakkanın təxminən 130 kilometrliyində yerləşir.