Baffetlə nahar etmək fürsəti rekord 19 mln. dollara satılıbbackend

Baffetlə nahar etmək fürsəti rekord 19 mln. dollara satılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şənbə günü, iyunun 18-də investor Uorren Baffetlə nahar etmək hüququnun hərracı başa çatıb. Bu dəfə adı məlum olmayan şəxs buna 19 milyon dollardan çox pul ödəməyə razı olub ki, bu da yeni rekord olub.

TİA.AZ bu barədə “Kommersant”a istinadən xəbər verir.

Qeyd edək ki, Uorren Baffet 2000-ci ildən “eBay”də xeyriyyə hərracları keçirir. 2020 və 2021-ci illərdə hərraclar pandemiya ilə əlaqədar baş tutmayıb. Hərracdan əldə edilən bütün gəlirlər yoxsullara, evsizlərə və narkotik asılılığı ilə mübarizə aparanlara kömək edən San-Fransiskoda yerləşən “Glide” qeyri-kommersiya təşkilatına verilir. 2000-ci ildən bəri Uorren Baffet xeyriyyə naharları vasitəsilə təşkilat üçün 53.2 milyon dollar toplayıb.