Tribuna İnformasiya Agentliyi

Bacı-qardaş birlikdə intihar etdi

23 Mart

Bakıda dəhşətli intihar hadisəsi baş verib. 

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

TİA.AZ lent.az-a istinadən xəbər verir ki, martın 21-də gecə saat 01 radələrində “Şıx” çimərliyinin ərazisindəki sahildən Yasamal rayon sakinləri, 1957-ci ildə anadan olmuş Əliyev Rauf Təyyar oğlu və 1963-cü ildə anadan olmuş Səlimova Gülnar Təyyar qızının meyitləri aşkar olunub. Məlum olub ki, onlar özlərini dənizə ataraq intihar ediblər.

İntihar edən kişi ilə qadın bacı-qardaş olub. Bildirilir ki, R.Əliyev ruhi xəstə olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.