Tribuna İnformasiya Agentliyi

Bəxtiyar Vahabzadənin oğluna yazdığı sensasion məktublar açıqlandı

04 İyul

Mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin oğluna yazdığı sensasion məktublar İsfəndiyar Vahabzadə tərəfindən açıqlanıb.

Musavat.com Xalq şairinin oğlu İsfəndiyar Vahabzadənin həmin məktublarla bağlı redaksiyamıza göndərdiyi məqaləsini diqqətinizə çatdırır:

* * * * *

«Ucundadır dilimin həqiqətin böyüyü»

Avropa Şurası bizə heç nə vermədi. Əksinə bizdən aldı. Bizi bizliyimizdən aldı. Bizi bizliyimizdən çıxartdı.

«Avropaya daşıyıb sərvətimizi

Bizə qucaq-qucaq söz gətirdilər

«Fahişəlik, alçaqlıq, vəd gətirdilər»

Getdi əlimizdən namus, ar, ismət

Bunamı deyirsiz siz mədəniyyət?»

Bəxtiyar Vahabzadə

Şeir mənim tərəfimdən təhrif olunmuşdur.

Atam diplomat deyildir. Heç diplomatiyaya aid kitablar da oxumazdı. (Amma bədii ədəbiyyata olan mütaliəsi çox genişidi). Özünün dediyinə görə, siyasət adamı da deyildir. Amma… Həm diplomatiya, həm də siyasət aləmində iki-üç oyunu irəlidən görərdi. İntuitiv hiss edərdi. Bu gün mübağiləsiz deyə bilərəm ki, diplomatiya sahəsində mənim ilk müəllimim atam olub. Çünki, həm siyasət aləmindən, həm də diplomatiyadan elə hadisələr danışardı ki, mən dəhşətə gələrdim.

Mən dipmalotiya ilə 21-22 yaşından məşğul olmağa başlamışam. Atam isə indi mənim bildiklərimi çoxdan, lap çoxdan bilirdi. Bizim nə zamansa müstəqil olacağımızı, müstəqilliyimizin qarşımıza çıxaracağı yüz cür problemləri və problemlərin doğuracağı nəticələri və bu nəticələrin başımıza olan bəlalarını, hələ Sovetin qılıncının dalının, qabağının kəsdiyi vaxtlarda da mənə deyər, mənimlə dərdləşərdi.

– Ay ata, axı müstəqillik niyə qarşımıza problemlər çıxartsın ki? Hansı müstəqil ölkələrin problemləri var ki?

– Bizi belə ölkələrlə müqayisə eləmə. Biz başqa ölkələrdən deyilik. Bizim millət yarandığı gündən problemli olub. Bizim millət problemli millətdir. Həmişə də problemli olub və olacaqdır.

Sonralar tale elə gətirdi ki, mən Birləşmiş Millətlər Təşkilatının Avropa bölməsində Azərbaycanın səlahiyətli nümayəndəsi oldum. Bir zamanlar belə bir vəzifəni Əlimərdanbəy Topçubaşov aparardı. O zamanlar Birləşmiş Millətlər Təşkilatı yox, Millətlər Cəmiyyəti adlanardı. Əlimərdanbəy Topçubaşovdan sonra bu vəzifə Azərbaycanın Almaniyadakı Səfirliyinin müşaviri olan bir qadına həvalə olundu. Əslində o, səfirliyin müşaviri idi. Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi deyildi.

Demək, Əlimərdan bəy Topçubaşovdan sonra bu vəzifəni mən icra etmişəm. Və bununla da fəxr edirəm. Bu, o zamanlar idi ki, Azərbaycan Avropa Şurasının üzvü deyildir. Mən tez-tez Mərkəzin göstərişinə uyğun olaraq, iki aydan bir, bir aydan bir Cenevrədən Strasburqa gedib, keçirilən iclaslara baxardım. Bu, təxminən 20 il bundan qabaq olub. Və hələ o zaman mən başa düşürdüm ki, Avropa Şurası bizə lazım deyil və bizə heç nə verməyəcək. Heç biz də ona lazım deyilik. Bu barədə Bakıya vaxtaşırı məktublar göndərirdim.

44db01bd-b3c9-45dc-a2af-9385424dd5f3.jpg (156 KB)

edd431fa-24ec-467e-a32f-ae82dbc00a7e.jpg (131 KB)

 * * * * *

Cenevrədə BMT-də keçirilən iclaslarda çox zaman hiss edirdim ki, təklənirəm. Bəzən çıxış vaxtımı kəsirdilər. Bəzən «Sizin qaldırdığınız bu məsələnin iclasa aidiyyatı yoxdu», bəzən «Reqlamentdən kənara çıxmayın» kimi sözlərini eşidib əsəbimdən boğulurdum.

Gözlərimlə gah Türkiyə nümayəndəsinin, gah Pakistanın nümayəndəsinin, gah da bizə yaxın olan ölkələrin nümayəndələrini axtarırdım. Bəzən də, baxışların məndən qaçırlıdığını hiss edirdim. Allah heç kəsi tək eləməsin. Canavarlar arasında tək qalmaq böyük dərddir. Müsibətdir. Sözümü keçirə bilmədiyim vaxtlarda işə gəlib, atama zəng edib, onunla dərdləşirdim.

«Sənə nə deyim ay dədə?

Məni bu dərdə salan yerdə»

aa063907-051a-4055-b5c7-a6150ea5d795.jpg (61 KB)

 

Cenevrədəki iclaslar barəsində mətbuat vasitəsilə çox yazmışam. Amma Avropa Şurası haqqında atam mənə yazmışdı. Atamın məktubları mənə bir qədər təskinlik verirdi. Bəzən dözmürdüm. Atama yazırdım ki, «Axı niyə qatı millətsevərlik toxumunu tək bircə məndə əkmisən? Vallah ay ata gücüm çatmır, əsəblərim dözmür».

Heç yadımdan çıxmaz, biz Avropa Şurasına qəbul olunduğumuz vaxtı bir məclis, bir təmtəraq var idi ki, gəl görəsən. Bəlağətli nitqlər, sağlıqlar.

«Danışır özünə inanmasa da,

O qurdla-quzunun qardaşlığından

Qədəhdə, şərabda, hətta masada

Elə bir qışqırır yalandır yalan»

Bəxtiyar Vahabzadə

Biz Avropa Şurasından nə udduq və nə uduzduq. Əslinə qalsa, heç nə udmadıq. Heç nə də udmayacayıq. Qınaq sahibindən başqa heç nə olmadıq. İstədikləri sözləri bizə dedilər. Həm hədyan, həm böhtan. Nə Birləşmiş Millətlər Təşkilatı, nə digər təşkilatlar Ermənistanın bizim torpaqlarımızı işğal etməsini heç kəs demədi. İkilistandartlar baş alıb gedir və gedəcək.

Mən Belarusiyada səfir işləyən zaman, həm də eyni zamanda MDB-də Azərbaycanın nümayəndəsi idim. Qələbənin 70 illiyi münasibətilə olan iclasda – Axı Azərbayanın payı daha çoxdur. Hər 100 təyarədən, hər 100 tankdan 90-nı bizim neftlə işləyirdi. Heç olmasa, bunu da sənədə salın sözlərini deyəndə, mənə dedilər ki, indiki hər 100 tankdan, hər 100 təyarədən yüzdə-yüzü sizin öz neftinizlə hərəkət edir. Niyə qələbə qazana bilmirsiz?

Bütün bunları bölüşməyə atam var idi. Bunlar hamısı dünəndə qalıb. İndi isə bu dərdi bölüşməyə adam tapmıram.

İsfəndiyar Vahabzadə