Tribuna İnformasiya Agentliyi

Bəşşar Əsədin xanımı kimya terapiya kursundan sonra ilk fotosunu paylaşıb

07 Oktyabr

Suriya prezidenti Bəşşar Əsədin həyat yoldaşı Əsma Əsəd kimya terapiya müalicəsi kursundan sonra Instagramda ilk fotosunu paylaşıb.

“Report” xəbər verir ki, 42 yaşlı Əsma Əsəd fotoda başında yaylıqla yer alıb.

Qeyd edək ki, avqustda Bəşşar Əsədin həyat yoldaşının süd vəzisində bədxassəli şiş aşkarlanıb. Xəstəliyə erkən diaqnoz qoyluduğundan müalicənin müsbət nəticə şansı kifayət qədər yüksəkdir.