Tribuna İnformasiya Agentliyi

Bəşşar Əsəd Gürcüstanın Cənubi Osetiya bölgəsinə səfər etməyi planlaşdırır

04 Avqust

Suriyadakı rejimin başçısı Bəşşar Əsəd Gürcüstanın Cənubi Osetiya bölgəsinə səfər etməyi planlaşdırır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Cənubi Osetiyadakı separatçıların başçısı Anatoli Bibilov Suriyada səfərdə olub.

O, səfər çərçivəsində Bəşşar Əsədlə görüşüb.

Qeyd edək ki, Bəşşar Əsədin başçılıq etdiyi Suriya mayın 29-da tanınmamış “Cənubi Osetiya Respublikası” və Abxaziyanın “müstəqilliyi”ni “tanıdığı” barədə bəyanat yayıb. Separatçılarla Əsəd rejimi arasında “diplomatik münasibətlər”in” “səfirlik” səviyyəsində qurulmasına dair razılıq əldə olunduğu da bildirilib. Bu da rəsmi Tbilisinin kəskin etirazlarına səbəb olub. Gürcüstan xarci işlər nazirinin müavini David Dondua bildirib ki, ölkəsi Suriya ilə diplomatik münasibətləri kəsib.