Tribuna İnformasiya Agentliyi

Bəşər Əsədin arvadı erməni mərkəzini ziyarət etdi

12 Yanvar

Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma-əl Əsəd bu ölkədəki ermənilərin yardım fondu olan “Erebuni”nin Dəməşq filialını ziyarət edib. 

Virtualaz.org bildirir ki, bu barədə panorama.am saytı xəbər yayıb.

Xəbərdə deyilir ki, görüş iştirakçıları xeyriyyə işlərinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Suriyanın birinci xanımı görülən işləri yüksək qiymətləndirib, həmçinin bundan sonrakı xeyriyyə təşəbbüslərə yardım etməyə hazır olduğunu bəyan edib.