Bərdədə qadın əməliyyatdan sonra öldübackend

Bərdə rayon xəstəxanasında əməliyyat zamanı ölüm hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun Xəsilli kənd sakini Şəkər Bayramova Bərdə Rayon Mərkəzi Xəstəxanasına əməliyyat olunub.

Qadın əməliyyatdan sonra xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.