Bələdiyyə üzvlüyünə gənc namizəd: “Gənclər islahatlara dəstəkdir” (VİDEO)backend
Nəsimi Bələdiyyəsi üzvlüyünə gənc namizəd, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı təşviqat kampaniyasını davam etdirir. Gənc namizəd Nəsimi rayonunun müxtəlif sosial qruplarından olan sakinləri ilə görüşərək, vətəndaşlarla onları maraqlandıran mövzular ətrafında müzakirələr aparır.
 
Bu barədə ölkə.az-a məlumat verən F.Şahbazlı bildirib ki, gənclər Prezident İlham Əliyevlə Birinci Vitse-prezident Mehriban Əliyevanın Azərbaycan gəncliyinə göstərdiyi yüksək diqqət və qayğını əsas götürərək, seçkilərdə aktiv iştirak etməyə qərar verib. O, bildirib ki, ölkəmizdə bütün istiqamətlər və hakimiyyətin bütün qollarını əhatə edən islahatlar siyasəti həyatakeçirilir: “Azərbaycan gəncliyi bu islahatlara tam dəstək verir. Hesab edirik ki, bələdiyyələrə də bu islahatlara adekvat namizədlərin üzv seçilməsi bu təsisatın gücünə əlavə güc qatacaq”.
Fərid Şahbazlı qeyd edib ki, sakinlərlə görüşlərdə namizəd olaraq açıqladığı seçki proqramı ətrafında ciddi müzakirələr aparılır: “Bələdiyyə üzvü seçiləcəyim təqdirdə müharibə əlilləri, veteranları və şəhid ailələrinin, eyni zamanda digər aztəminatlı ailələrin problemlərinə xüsusi diqqət göstəriləcək.
Ehtiyacı olan tələbələrin təhsil xərclərinə, istedadlı və yaradıcı gənclərin təşəbbüslərinə dəstək fəaliyyətimizin əsas istiqamətlərini təşkil edəcək.
Bununla yanaşı, bələdiyyənin yeni və müasir tələblərə cavab verən internet səhifəsinin, sosial media hesablarının yaradılması və ictimai hesabatlılığının arıtırılması da xüsusi diqqət mərkəzimizdə olacaq”.
Nəsimi Bələdiyyəsi üzvlüyünə gənc namizəd bildirib ki, bələdiyyə üzvlüyünə seçilərsə bələdiyyənin beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması, müxtəlif ölkələrin bələdiyyələri ilə “Qardaşlaşmış bələdiyyə” layihəsinin genişləndirilməsinə çalışacaq.