Tribuna İnformasiya Agentliyi

Bələdiyyə sədri ağcaqanadlar qarşısındakı acizliyini bu şəkildə ifadə etdi

25 İyul
Fransanın Briollay ərazisinin bələdiyyə sədri sel fəlakətindən sonra yaranan ağcaqanad problemini qeyri-adi yolla həll edib.
Qaynarinfo xəbər verir ki, 3 min nəfərin yaşadığı ərazi insanları bələdiyyəyə ağcaqanadlar barədə şikayət ünvanlayıb. Bu canlılar əleyhinə tədbirlər görülsə də, ciddi nəticə əldə edilməyib.
Bələdiyyə sədri Andre Mağşo vəziyyət qarşısında çarəsizliyini belə ifadə edib: “Ağcaqanadların əraziyə girişini qadağan etmişəm”.
Qeyd edək ki, Mağşo qərardan sonra ağcaqanadların sayının azaldığını, lakin növbəti sel fəlakətində ərazinin eyni problemlə üzləşəcəyini dilə gətirib.