Tribuna İnformasiya Agentliyi

Azyaşlı uşaq və əmisi otel balkonundan yıxıldı – Gəncədə

12 Avqust

Gəncə şəhərində 3 yaşlı uşaq otelin balkonundan yıxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə‚ hadisə avqustun 12-də “Delux” oteldə baş verib.

Belə ki, Bakı şəhər sakini‚ 2016-cı il təvəllüdlü Əli Mehralıyev otelin 3-cü mərtəbəsindəki balkonunda oynayarkən ehtiyatsızlıqdan yıxılıb.

Bu zaman onun əmisi‚ 1979-cu il təvəllüdlü Aydın Mehralıyev onu tutmaq istəyərkən o da yıxılıb. Nəticədə uşağın başın sağ nahiyəsinə yumşaq toxuma sıyrığı‚ əmisi isə açıq kəllə beyin travması, beyin qanaxması və sol tərəfin çox saylı qabırğalarının sınığı xəsarəti alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.