“Azure”dan özünü atan gənclə bağlı Prokurorluqdan açıqlamabackend

“Azure”dan özünü atan gənclə bağlı Prokurorluqdan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluq “Azure” biznes mərkəzində baş verən intihar hadisəsi ilə bağlı açıqlama yayıb.

TİA.AZ-ın məlumatına görə, Baş Prokurorluqdan bildirilib ki, iyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edib.
Faktla bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır: “Araşdırmanın gedişatı və nəticəsinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi, bu barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək”.