AzTV AMEA-nı sərt tənqid etdi: Oturub domino oynayırlar – VİDEObackend

AzTV AMEA-nı sərt tənqid etdi: Oturub domino oynayırlar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Televiziyası Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı tənqidi sujet hazırlayıb.

TİA.AZ xəbər verir ki, AzTV-nin çəkiliş qrupu əvvəlcə AMEA-nın binasına daxil olaraq burada olan mühitlə tanış olub.

Akademiyada çəkiliş etmək istəyən jurnalistlərə isə mühafizəçi tərəfindən icazə verilməyib.

Görüntüdə bu nəhəng təhsil ocağında bir nəfər belə olsun təhsil işçisinin olmaması diqqət çəkib.

Telekanal əməkdaşları bununla bağlı daha sonra küçəyə çıxaraq vətəndaşların akademiya ilə bağlı fikirlərini öyrənib.

Vətəndaşların isə əksəriyyəti AMEA-nın fəaliyyətindən narazı olduqlarını bildiriblər.

Hətta bəzi vətəndaşlar buranın çayxananı xatırlatdığını və işçilərin orada domino oynadıqlarını qeyd ediblər.

Həmin sujeti təqdim edirik: