AZTU-da Gənclər Fondunun dəstəyilə daha bir tədbir keçirilibbackend

AZTU-da Gənclər Fondunun dəstəyilə daha bir tədbir keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 25-də Azərbaycan Texniki Universitetində Azərbaycan Gənclər Fondunun dəstəyilə Aygül Niftiyevanın rəhbəri olduğu “Sağlam Nəsil-Sağlam Gələcək” layihəsinin növbəti tədbiri baş tutub.

Tədbirdə çıxış edən Aygül Niftiyeva bildirib ki, layihənin keçirilməsində əsas məqsəd gənclərin diqqətini sağlamlıq və onun qorunması yolları barədə müzakirələrə cəlb etməkdir.

Tədbirdə iştirak edən Sosial Media Mərkəzinin direktoru, jurnalist Azər Niftiyev qeyd edib ki, xəstəliklərin sürətlə artdığı və gənclərin belə həyatına son qoyduğu hazırki şəraitdə bu cür müzakirələrin aparılması vacibdir.

Tədbirin təlimçisi, Fransada təhsil almış və çalışmış, Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Dr. Araz Bayramov əvvəlcə gəncləri salamlayıb və onlara ətraflı məlumat verib.

Doktor söyləyib ki, bu günkü tədbirdə onkoloji xəstəliklərdən və ondan qorunmaq yollarından bəhs olunacaq. A.Bayramovun sözlərinə görə, onkoloji xəstəliklərdən qorunmağın əsas yolu vaxtlı-vaxtında müayinələrdən keçməkdir: “Xərçəng xəstəliyi adətən kiçik poliplər şəklində yaranır. Bu poliplər heç bir ağrı və narahatlıq vermirlər. Xəstələr bundan yalnız o halda xəbər tuturlar ki, artıq poliplər konkret ölçü və lokalizasiyaya malik olur. Düzdür, hər polip xərçəngə çevrilmir, lakin ehtiyatlı olmaq lazımdır. Buna görə, 3 ildən bir müvafiq müayinələrdən keçmək vacibdir. Xüsusilə risk qrupuna aid olanlar, yəni ailəsində xərçəng tarixçəsi olan insanlar bu məsələdə daha tədbirli olmalıdırlar ”.

Daha sonra tədbir sual-cavab formatında davam etdirilib. Tədbirə qatılan tələbələrə sertifikatlar və çap materialları paylanıb, çay süfrəsi arxasında müzakirələr davam edib.