Tribuna İnformasiya Agentliyi

“Azsığorta”nın rəhbərliyində dəyişiklik olub

26 Sentyabr

“Azsığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Talıbov şirkətin Direktorlar Şurasının üzvü seçilib.

“Report” bu barədə “Azsığorta”ya istinadən xəbər verir.

Məlumata görə, onun əvvəlki vəzifəsinin icrası isə müavini Yusif Soltanova həvalə olunub.

Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, “Bank of Baku” ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.