“Azsığorta” şirkətinin 78 min manatdan çox VERGİ BORCU VARbackend

“Azsığorta” şirkətinin 78 min manatdan çox VERGİ BORCU VAR

“Azsığorta” ASC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Tia.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlər deyir.

Məlumata əsasən, “Azsığorta”nın 78 min 240 manat vergi borcu var.

Qeyd edək ki, bu borclar barədə son məlumat 6 iyul 2020-ci il tarixinə qədər olandır.

Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, “Bank of Baku” ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.

Onu da qeyd edək ki, “Azsığorta” ASC 2019-cu ili 769 min manat xalis mənfəətlə başa vurub ki, bu, 2018-ci ilə nisbətən 82,55% azdır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki