“AzSığorta” şirkəti geriləməkdə davam edir – YIĞIMLAR AZALIRbackend

“AzSığorta” şirkəti geriləməkdə davam edir – YIĞIMLAR AZALIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan sığorta bazarının iştirakçılarından olan “AzSığorta” şirkətinin yığımlarında azalma davam edir.

FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin 5 ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət bu ilin yanvar-may ayları ərzində 5,196 mln. manat sığorta toplayıb ki, bu da 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 995 min manat və ya 16,1% az olub.

AMB-nin hesabatına əsasən, müqayisə edilən dövr ərzində şirkətin ödənişlərində artım qeydə alınıb. Belə ki, “AzSığorta” tərəfindən müştərilərə ödənilən sığorta ödənişlərinin həcmi 227 min manat və ya 11% artaraq 2,326 mln. manat təşkil edib.