“AzSığorta”nın fəaliyyətindəki geriləmə davam edir – HESABATbackend

“AzSığorta”nın fəaliyyətindəki geriləmə davam edir – HESABAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan sığorta bazarının iştirakçılarından olan “AzSığorta” şirkətinin yığımları azalmaqda davam edir.

FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ilin yanvar-iyun ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, son bir il ərzində (2020 –yanvar-iyun ayları ilə müqayisədə) şirkətdə sığorta növləri üzrə satışların azalması fonunda yığımlar 839 min manat və ya 12,87% azalaraq 5,680 mln. manata düşüb.
Yığımlardakı azalmadan fərqli olaraq, hesabat dövründə şirkətin müxtəlif sığorta hadisələləri üzrə ödədiyi vəsaitlərin həcmində artım qeydə alınıb. Belə ki, qeyd olunan dövrdə “AzSığorta”nın ödənişləri 1,450 mln. manat və ya 54,2% artaraq 4,123 mln. manata çatıb.