Azov döyüşçüləri “Azovstal”da uşaqlar və mülki şəxslərlə videoçarx hazırlayıbbackend

Azov döyüşçüləri “Azovstal”da uşaqlar və mülki şəxslərlə videoçarx hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azov alayının əsgərləri Mariupolda “Azovstal” zavodunun zirzəmilərində davamlı atəşlərdən gizlənən uşaqların və dinc sakinlərin videosunu nümayiş etdiriblər.

Bizimyol.info xəbər verir ki, Ukrayna hərbçilərinin birirdiyinə görə, çoxları martın əvvəlindən buradadır. Uşaqların anaları son ləvazimatlarının tükəndiyini deyir və onları təhlükəsiz yerə aparmağı xahiş edirlər.

Rusların davamlı hücumu altında ikinci aydır zirzəmidə yaşamağa məcbur qalan uşaqlar: “Evə sağ qayıtmaq istəyirik, valideynlərimizi görmək istəyirik”, – nümaiş etdirilən vidoçaxda deyiblər.

Bu arada Mariupol merinin müşaviri Pyotr Andryuşşenko bildirib ki, bu gün səhər saat 11-də “Port Siti” ticarət mərkəzinin yaxınlığında Mariupol sakinlərinin Zaporojyeyə təxliyəsi başlayacaq. Avtomobil karvanının yola salınması Marupol-Manquş-Berdyansk-Tokmak-Orexov-Zaporojye marşrutu üzrə saat 12:00-da planlaşdırılır. Marşrut boyu şəxsi avtomobillərin karvana birləşdirilməsinin mümkünlüyü barədə ilkin razılıq əldə olunub.

Avtobuslar yalnız qadınları, uşaqları və qocaları aparır.

Qeyd edək ki, iki gün əvvəl “Azovstal” zavodu mühasirəyə alınandan sonra Rusiya prezidenti əraziyə nəzarəti xüsusilə gücləndirməyi tapşırmışdı.  Putin: “Bu sənaye zonasını elə qapadın ki, oraya milçək belə uça bilməsin”, – deyə müdafiə naziri Şoyquya tapşırıq vermişdi.

Rusiya Müdafiə Nazirliyi “Azovstal” ərazisi istisna olmaqla Mariupolu tamamilə ələ keçirdiyini bəyan etmişdi. Lakin “Azov” alayı isə təslim olmayacağını bəyan edərək hələ də Rusiya işğalçılarına qarşı müqavimət göstərir. Təkcə ötən gün “Azov” qüvvələri Mariupolda 30 rus hərbçisini və 7 zirehli texnikanı məhv etdikləri barədə məlumat veriblər.